“Roma”nın baş məşqçisi Daniele De Rossi Avropa Liqasının 1/4 finalının ilk oyununda “Milan” üzərində səfər qələbəsini (1:0) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Biz gördüyümüz işdən əminik. Bəzən səhv edirik, amma nə etdiyimizi bilirik və bunu oyunçulara çatdırmalıyam. Onlar əla idilər, oyunçularım bu gün çox səy göstərdilər. Oynadığımız yetkinliklə, topa olan inam və sakitliklə. Mən çox xoşbəxtəm”, deyə De Rossi məmnunluqla bildirib.
Cavab oyunu çərçivəsində “Roma” “Milan”ın aprelin 18-də İtaliya paytaxtında qəbul edəcək.


