Aleksander Çeferin: “Siyasətçilər bizə hökm edə bilməzlər”

UEFA prezidenti Aleksander Çeferin Belarusun Ukraynadakı hadisələrə görə beynəlxalq yarışlardan kənarlaşdırılmamasının səbəbini açıqlayıb.

Arena.az “InfoLibre” dərgisinə istinadən, UEFA prezidentinin bu barədə fikirlərini təqdim edir:

“Bir neçə siyasətçi bizə məktub yazıb və dedi ki, Rusiyaya kömək edən hər kəs qovulmalıdır. İndi sual verirəm ki, ondan qaz alanlar Rusiyaya kömək edirlərmi? Qaz almağa davam edən bütün Avropa ölkələrini qovmalıyıq? Geostrateji fəsadları həll etməli olan siyasətçilərdir. İdman təşkilatlarından öz işlərini görmələrini istəmək populizmdir və başqa bir şey deyil”, deyə Aleksander Çeferin bildirib.

Xatırladaq ki, 2022-ci ilin fevral ayının sonundan Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Rusiyanın bütün milli yığma komandaları və yerli klubları UEFA-nın bayrağı altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırılıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: