UEFA “Barselona”ya qarşı intizam işi açdı – fanatlarına görə

UEFA, Çempionlar Liqasının 1/4 finalında PSJ – “Barselona” oyununda (2:3) baş vermiş hadisə ilə bağlı “blauqrana”ya qarşı intizam işi açıb.

Arena.az bu barədə “Ekip” dərgisinə istinadən məlumat verir.

Qitə futbol qurumu ən azı iki kataloniyalı azarkeşin irqçi davranışda ittiham edilməsindən sonra “Barselona”ya qarşı intizam işi açıb. Mənbənin məlumatına görə, bu azarkeşlər oyun zamanı nasist salamı səsləndiriblər, meymun hoqqaları göstəriblər.

Vurğulanır ki, UEFA Kataloniya klubunun azarkeşlərinin təqsirini sübuta yetirərsə, “blauqrana”nın Çempionlar Liqasının yarımfinalına yüksəlməsi şərti ilə “Barselona”ya qarşı səfər oyununa azarkeşlərin gəlməsinə qadağa qoyulması şəklində cəzalar tətbiq edə bilər.

Hər iki şübhəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Öz növbəsində, PSJ artıq onlara qarşı üç iddia qaldırıb: birincisi, hərbi cinayətlərin bərpası, ikincisi, ictimai irqi təhqirlərə görə və üçüncüsü isə digər qanun pozucularının müəyyənləşdirilməsinə yönəlib.

Hazırda müvafiq intizam işi ilə əlaqədar araşdırma aparılır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: