Birinci Liqa: “Mingəçevir” darmadağına üzüldü, “Karvan” qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 24-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Difai Ağsu” – “Mingəçevir” oyununda meydan sahibləri darmadağına seviniblər.

“Karvan” isə “İmişli”ni minimal hesabla məğlb edib.

24-cü turun qalan görüşləri sabah keçiriləcək.

Birinci Liqa
24-cü tur

1 may

“Difai Ağsu” – “Mingəçevir” 4:1
Qollar: Kristian Kamta, 16; 45; 90+6. Bayraməli Qurbanov, 83 – Nihad Xəlilli, 82.
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Kərim Zeynalov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu, 16:30.

“Karvan” – “İmişli” 1:0
Qol: Uensli Ondo, 16.
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Ruslan Quliyev, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Yevlax şəhər stadionu, 17:00

2 may

“Zaqatala” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Akif Əmirəliyev, Mirnihad Seyidov, Əkbər Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala OİK stadionu, 16:00

MOİK – “İrəvan”
Hakimlər: İslam Məmmədov, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Şamil İmanzadə
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Seymur Səlimli
Binə qəsəbə stadionu, 16:00

“Qaradağ Lökbatan” – “Araz Saatlı”
Hakimlər: Rəşad Əhmədov, Teymur Teymurov, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
Lökbatan OİK stadionu, 16:00

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: