Tomas Tuxel Erik Dayeri təriflədi: “Ondan çox razıyam”

“Bayern”in baş məşqçisi Tomas Tuxel “Tottenhem”dən icarəyə götürdükləri ingilis müdafiəçi Erik Dayerin çıxışını yüksək qiymətləndirib.

Arena.az alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən ondan çox razıyam. O, bütün gözləntiləri aşdı, tapmacanın son dərəcə vacib bir parçasıdır. Dayer mütəşəkkil və ifadəlidir. O, yüksək səviyyəli xasiyyətə malikdir və çox yaxşı oyunçudur. Hazırda işinə görə mükafatlandırılır”, deyə Tomas Tuxel vurğulayıb.

Xatırladaq ki, Dayer 2024-cü ilin yanvarında “Tottenhem”dən icarə əsasında “Bayern”ə keçmişdi. Bir müddət əvvəl, futbolçunun icarə müddəti bitdikdən sonra Almaniya nəhənginin düşərgəsində qalacağı açıqlanmışdı.

Dayer “Bayern”in heyətində bütün yarışlarda 22 oyuna çıxıb. O, bu oyunlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Erik Dayer Lissabon “Sportinq”inin yetirməsidir. Bir müddət “Everton”un gənclərdən ibarət komandasında icarə əsasında çıxış etdikdən sonra, “Sportinq” Dayeri 5 milyon avroya “Tottenhem”ə satıb.

Erikin karyerasının böyük hissəsi “Tottenhem”də keçib. O, bu komandanın heyətində 364 oyuna çıxıb, 13 qol və 12 assistlə yadda qalıb. Amma 30 yaşlı Dayer futbolda heç bir qənimət qazanmayıb.

Dayer 2015-ci ilin noyabrında dedüt etdiyi İngiltərə yığmasının heyətində 49 oyun keçirib, 3 qol vurub.

“Transfermarkt” internet-portalı 30 yaşlı Erik Dayerin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: