Ötən gün İspaniya nəhəngi “Real”a La Liqanın 2023/2024 mövsümündə qazandığı çempionluq kuboku təqdim edilib.
Arena.az məlumat verir ki, qənimətin təqdim edilməsi mərasimi klub bazasında baş tutub.
Klassik üslubda kostyum geyinərək, “Real”ın heyəti bir araya toplaşıb və klub prezidenti Florentino Peres və baş məşqçi, italyan mütəxəssis Karlo Ançelotti ilə birlikdə xatirə şəkli şəkdirib.
Xatırladaq ki, “kral klubu” La Liqanın cari mövsümünün çempionluğunu erkən surətdə rəsmiləşdirib. Bu, “Real”ın La Liqanın 34-cü turunun may ayının 4-də keçirilmiş “Kadis”lə ev oyununda 3:0 hesablı qələbəsi mənzərəsində, “qaymaqlılar”ın əzəli rəqibi “Barselona”nın Kataloniya derbisində “Jirona”ya 2:4 hesablı səfər məğlubiyyəti ilə gerçəkləşib.
35 oyunda 90 xal toplamış bu komanda La Liqanın yarış cədvəlinin əlçatmaz zirvəsində qərarlaşıb. Madrid təmsilçisi ən yaxın izləyicisi “Jirona”nı (75 xal) 15 xal qabaqlayır. La Liqanın cari mövsümündə Karlo Ançelottinin komandası 28 qələbə qazanıb, 6 heç-heçə edib, cəmi 1 oyunda məğlub olub. “Qaymaqlılar”ın top fərqi 78:22 nisbətindədir.


