“Barselona” maliyyə ədalətinə riayət edilməsində geriləyir və yüksək səviyyəli satışlar olmadan yayda yeni oyunçular ala bilməyəcək.
Arena.az bu barədə “Directo Gol” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Kataloniya klubu “Libero” şirkəti ilə 60 milyon avro məbləğində razılaşmaya əsasən, iyunun 30-dək əlavə ödənişlər almasa, maliyyə ədaləti üzrə olan borcu daha da artacaq.
Həmçinin bildirilir ki, avqustun 31-dək “Barselona” kimliyindən asılı olmayaraq istənilən futbolçunu böyük məbləğə satmağa hazırdır ki, nə idarəçilərin, nə də klubun zaminlərinin pulundan haqq tutulmasın.
Cari mövsümü “Barselona” qənimətsiz başa vuracaq. La Liqa çempionluğunu “Real”a uduzmuş Kataloniya nəhəngi son iki turda gümüş medalını rəsmiləşdirmək uğruna “Jirona” ilə çəkişməlidir. 36 oyundan 79 xalla “Barselona” yarış cədvəlində 2-ci, “Jirona isə 75 xalla 3-cü pillədə qərarlaşıb.
İspaniya Kral Kubokunda “blauqrana” yarışın gələcək qalibi Bilbao “Atletik”inə məğlub olaraq mübarizəsini dayandırıb.
İspaniya Super Kubokunun finalında isə “Barselona”nı əzəli rəqibi “Real” kötəkləyib – 1:4.
Cari mövsümün Çempionlar Liqasında mübarizəsinə xitam verməsi isə “Barselona” üçün hələ uzun illər acı xatirə olaraq qalacaq. Yarışın 1/4 finalında Parisdə PSJ-ni 3:2 hesabı ilə məğlub etmiş Kataloniya nəhəngi evdə 1:4 hesabı ilə məğlub olaraq, cari mövsümü əliboş başa vurmasını rəsmiləşdirib.


