Birinci Liqa: Mövsümün son təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün sonuncu turun oyunlarının təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, ölkə çempionunun adına məhz bu turda aydınlıq gələcək. “Şamaxı” hazırda 54 xalla turnir cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyicisi “Qaradağ Lökbatan”ın 53 xalı var. Bölgə təmsilçisi mövsümün son matçına doğma meydanda çıxacaqsa, lökbatanlılar səfərdə “Mingəçevir”in qonağı olacaqlar.

“Mingəçevir” – “Qaradağ Lökbatan” matçını Rəvan Həmzəzadə idarə edəcək. “Şamaxı” – “Araz Saatlı” matçı isə Tural Qurbanova həvalə olunub.

Bütün oyunlar saat 16:00-da start götürəcək.

Birinci Liqa
27-ci tur
22 may

MOİK – “İmişli”
Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Orxan İbişov, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu.

“Şamaxı” – “Araz Saatlı”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu.

“Mingəçevir” – “Qaradağ Lökbatan”
Hakimlər: Rəvan Həmzəzadə, Müslüm Əliyev, Teymur Teymurov, Murad Səlimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu.

“İrəvan” – “Karvan”
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Sənan Atayev, Rəsul Babayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Bakı. “ASK Arena”.

“Difai Ağsu” – “Zaqatala”
Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Əli Əliyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Ağsu şəhər stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: