AFFA-nın Lisenziya Komissiyası aşağı liqalarla bağlı qərar verdi

Bu gün AFFA-nın Lisenziya Komissiyasının növbəti iclası keçirilib, tədbirdə aşağı liqalarla bağlı müxtəlif qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Toplantıda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında, Birinci Liqa yarışlarında və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

  1. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“İmişli” PFK, “Şamaxı” FK İB

  1. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“İrəvan” FK, “Qaradağ Lökbatan” FK, MOİK PFK, “Zaqatala” PFK

  1. Birinci Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Araz Saatlı” FK, “Baku Sportinq” FK, “Difai” FK, “Cəbrayıl” FK, “Füzuli” FK, “Karvan” Yevlax FK, “Kür-Araz” FK, “Qaradağ Lökbatan” FK, “Mingəçevir FK” İB, MOİK PFK, “Şahdağ Qusar” FK, “Zaqatala” PFK

  1. Birinci Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Ağdaş” İK, “Dinamo” (Bakı) FK İB, “Göygöl” FK, “İrəvan” FK, Lerik FK, “Şəki Siti”, “Şəfa” FK, “Şəmkir” PFK

  1. Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Baku Juniors” İK, “Balxurma Bakalən” FK

Qeyd: “Balxurma Bakalən” FK növbəti mövsümdən etibarən Dirçəliş FK adı ilə çıxış edəcək.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd: Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 14-cü maddəsinə müvafiq olaraq, 2024/2025-ci illər mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Birinci Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: