Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasının 2024/2025 mövsümünə vəsiqə uğrunda pley-off görüşü keçiriləcək.
Arena.az xəbər verir ki, pley-off qarşılaşmasında “Cəbrayıl”la “Araz-Saatlı” kollektivləri üz-üzə gələcəklər.
Artıq bu oyuna təyinatlar da açıqlanıb.
Birinci Liqaya vəsiqə uğrunda pley-off görüşü
9 iyun
“Cəbrayıl” – “Araz Saatlı”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 18:30.


