Birinci Liqanı 10-cu sırada başa vurmuş “Araz Saatlı” ilə İkinci Liqanın ikincisi “Cəbrayıl”ın cavab pley-off matçının vaxtı açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, 2024/2025 mövsümündə Birinci Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü ötən gün “Bayıl Arena”da baş tutub. Qarşılaşma Cəbrayılın eyniadlı təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb – 2:0.
Bu komandalar arasında cavab qarşılaşması iyunun 15-də Saatlıda baş tutacaq. İki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan Birinci Liqasında çıxış etmək hüququ qazanacaq.
Birinci Liqaya vəsiqə uğrunda pley-off oyunu
15 iyun
“Araz Saatlı” – “Cəbrayıl”
Saatlı OİK stadionu, 17:30.


