Mixal Probej: “Niderland yığmasından qorxmuruq”

Polşa yığmasının baş məşqçisi Mixal Probej Niderland yığması ilə AÇ-2024-ün qrup mərhələsinin 1-ci tur oyunundan gözləntilərini paylaşıb.

Arena.az Polşa yığmasının mətbuat xidmətinə istinadən, polyak mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz Niderland komandasına və onların əldə etdiklərinə hörmət edirik. Amma biz ondan qorxmuruq. Yaxşı oyunkeçirmək və komandamızın növbəti addımı atdığını göstərmək üçün bacardığımızı edəcəyik”, deyə Mixal Probej bildirib.

Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək. Bu gün start götürəcək qitə birinciliyi düz bir ay – iyulun 14-dək davam edəcək. AÇ-2024-ün oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Polşa millisi qitə birinciliyində Niderland, Avstriya və Fransa yığmalarının yer aldığı “D” qrupunda mübarizə aparacaq.

Polşa yığması ilk oyununu iyunun 16-da Niderland milli komandasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: