“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündə mübarizəyə ilkin mərhələdən başlayacaq.
Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə B yolunda 5-ci qrupda yer alacaq.
Rəqiblər “Etoile Lavalloise” (Fransa) və “Stalitsa Minsk” (Belarus) ilə yanaşı ilkin mərhələnin B qrupunun qalibi olacaq.
Qeyd edək ki, ilkin mərhələnin B qrupunda “Minerva” (İsveçrə), “Amiqo Northvest” (Bolqarıstan), “Fiorentina” (San Marino) və “Cymru” (Uels) komandaları yer alıblar.
Əsas mərhələnin B qrupunun oyunları oktyabrın 22-dən 27-dək Fransada keçiriləcək. Bu qrupdan elit-raunda turnir cədvəlini birinci pillədə başa vuracaq komanda yüksələcək.
Xatırladaq ki, “Araz-Naxçıvan” ilkin mərhələdə “Uddevalla” (İsveç), “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Bu qrupun oyunları avqustun 20-dən 25-dək İsveçdə təşkil olunacaq.


