“Araz-Naxçıvan” braziliyalı müdafiəçi ilə gücləndi

Avqustun 21-də futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində ilk matçına çıxacaq “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi sayt məlumat yayıb.

Xəbərdə bildirilir ki, Kayke Aledes De Oliveyra qarşıdakı mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək. 30 yaşlı braziliyalı müdafiəçi Qazaxıstanın “Jetısu” klubunda çıxış edib.

Xatırladaq ki, “Araz-Naxçıvan” daha öncə braziliyalı Kadinyonu (“Jetısu” Qazaxıstan) və serb Lazar Milosavlyeviçi (“Crnica”, Xorvatiya) də transfer etmişdi. Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: