“Real” dünyanın ən bahalı futbol brendinə çevrildi

“Real” dünya futbol brendlərinin reytinqini təqdim etmiş “Brand Finance” konsaltinq şirkəti tərəfindən ən bahalı futbol brendi kimi tanınıb.

Arena.az məlumat verir ki, İspaniya nəhənginin dəyəri keçən illə müqayisədə 16% artıb.

Hazırda “Real” 1,685 milyard avro məbləğində qiymətləndirilir.

Ötən il 1,611 milyard avro məbləğində qiymətləndirilərək siyahıda 1-ci olmuş “Mançester Siti” indi 2-ci pillədə qərarlaşıb.

İlk üçlüyü isə “Barselona” qapayır, “blauqrana”nın dəyəri 1,542 milyard avro məbləğindədir.

Siyahıda müvafiq olaraq 4-cü və 5-ci yerlərdə “Mançester Yunayted” (1,398 milyard avro) və “Liverpul” (1,380 milyard avro) qərarlaşıblar. 6-cı yerdə “Bayern” (1,236 milyard avro), 7-ci yerdə PSJ (1,208 milyard avro), 8-ci yerdə “Arsenal” (996 milyon avro) yer alıblar. “Tottenhem” (868 milyon avro) və “Çelsi” (838 milyon avro) isə ən bahalı futbol brendlərinin ilk onluğunu tamamlayırlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: