Ronald Kuman “Barselona”nı tənqid etdi

“Barselona”nın keçmiş baş məşqçisi Ronald Kuman prezident Joan Laportanın idarə etdiyi klub rəhbərliyini tənqid edib.

Arena.az AS dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən Niko Uilyamsa olan marağı başa düşürəm, axı o, əla oyunçudur. Ancaq son illərdə “Barsa”nın fəsadı odur ki, Messini kənarlaşdırdılar, məni, Xavini aradan götürdülər… Mən hesan edirəm ki, klubun əfsanələrinə hörmət etmək gərəkdir. Bu, futbolçu uğrunda mübarizə aparmaqdan qat-qat vacibdir. “Barsa” yüksəkdə olmalıdır, amma son vaxtlar heç də həmişə rəqabətəqadir deyil. Düşünürəm ki, bu, rəhbərliyə görədir, çünki o pis işləyir”, deyə Kuman vurğulayıb.

Xatırladaq ki, Ronald Kuman “Barselona”nı 2020/2021-ci illər mövsümündə çalışdırıb. 1998/1999-cu illər mövsümündə isə Kuman “blauqrana”da baş məşqçinin köməkçisi çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: