“Sumqayıt” – “Fehervar”: Konfrans və açıq məşqlərin vaxtı bilindi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Sumqayıt” – “Fehervar” oyunundan öncə mətbuat konfransı və açıq məşq baş tutacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Sumqayıt şəhər stadionunda təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqlərin vaxtı məlum olub.

İyulun 24-də əvvəlcə rəqib komandanın baş məşqçisi Tamaş Peto və 1 futbolçu media mənsubları önünə çıxacaq. Tədbir saat 17:30-da başlayacaq. Saat 18:30-da Macarıstan təmsilçisinin oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olmaqla) keçiriləcək.

Daha sonra isə “Sumqayıt”ın baş məşqçisi Samir Abasov və kapitan Vüqar Mustafayevin mətbuat konfransı baş tutacaq. Bu tədbirə isə saat 19:30-da start veriləcək. 20:00-da Azərbaycan komandasının oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olmaqla) başlayacaq.

Xatırladaq ki, iyulun 25-də keçiriləcək “Sumqayıt” – “Fehervar” oyununa saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: