“Araz-Naxçıvan” Covanni Valerio ilə gücləndi

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” heyətinə daha bir yeni oyunçu cəlb edib.

Arena.az xəbər verir ki, transfer çalışmalarını davam etdirən çempion bu dəfə braziliyalı Covanni Valerio ilə anlaşıb.

Cinah oyunçusu qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futzalçının son klubu Portuqaliya “Torreense”si olub. O, müxtəlif illərdə “Korintians”, “Jaraqua”, “Marreko” və “Santo Andre” komandalarının da formasını geyinib.

Xatırladaq ki, “Araz-Naxçıvan” daha öncə braziliyalı Kadinyo, Kayke Aledes De Oliveyra (hər ikisi “Jetısu”, Qazaxıstan), İlham Alıyev (U-19) və serb Lazar Milosavlyeviçi (“Çrniça”, Xorvatiya) də transfer etmişdi. Amadeu və Lukas Romao ilə də yeni anlaşma imzalanıb. Ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: