Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.
AEK Afinada Andorra təmsilçisi ilə oyunda sürprizə imkan verməyib. 4:0 hesabı ilə üstünlük qazanan yunanlar sonradan 3 dəfə məyus olublar. Lakin “İnter Eskaldes”in bundan artığına gücü çatmayıb.
“Struqa” və “Riqa” da müvafiq olaraq “Pünik” və “Slask”la ev oyunlarından qalib ayrılıblar. Batumi “Dinamo”su Gürcüstanda “Deçiç”ə, “Kliftonvill” isə evdə “Auda”ya məğlub olub.
Xatırladaq ki, Avropa Konfrans Liqasında bir gün əvvəl start götürən 2-ci təsnifat mərhələsinin ilk qarşılaşmaları sabah başa çatacaq. Cavab oyunları isə iyulun 30-dan avqustun 1-dək keçiriləcək.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
24 iyul
Struqa (Şimali Makedoniya) – Pünik (Ermənistan) 2:1
Riqa (Latviya) – Slask (Polşa) 1:0
Dinamo (Batumi, Gürcüstan) – Deçiç (Monteneqro) 0:2
AEK (Afina, Yunanıstan) – İnter Eskaldes (Andorra) 4:3
Kliftonvill (Şimali İrlandiya) – Auda (Latviya) 1:2


