Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz”un qardaş ölkə təmsilçisi “Kocaelispor”la yoxlama oyunu ləğv olunub.
Arena.az xəbər verir ki, bu barədə qərb təmilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu gün keçirilməli olan matç tərəflər arasında yaranan fikir ayrılığı səbəbindən baş tutmayıb.
Xatırladaq ki, Tovuz klubu bu gün Türkiyə toplanışı çərçivəsindəki sonuncu sınaq matçında “Kocaelispor”la qarşılaşmalı idi. Oyuna Bakı vaxtı ilə saat 17:00-da start verilməsi nəzərdə tutulmuşdu.
“Turan Tovuz” buna qədər Türkiyədə iki yoxlama oyunu keçirib. Kurban Berdıyevin rəhbərlik etdiyi komanda daha əvvəl Türkiyə təmsilçiləri “Pendikspor” (0:0) və “Adana Dəmirspor”la (3:3) heç-heçə oynayıb.


