Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu “Qarabağ” da səfərdə 2:0 hesabıyla yendiyi “Linkoln”la bu dəfə doğma meydanda üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu oyuna saat 20:00-da start veriləcək.
Türkiyə təmsilçisi “Fənərbaxça” da İsveçrə “Luqano”su ilə cavab matçını doğma meydanda keçirəcək. İstanbul nəhəngi səfərdə 4:3 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin qalan görüşləri sabah – iyulun 31-də keçiriləcək.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
30 iyul
20:00. Qarabağ (Azərbaycan) – Linkoln (Cəbəllüttariq) (ilk oyun 2:0)
21:00. Fənərbaxça (Türkiyə) – Luqano ( İsveçrə) (4:3)
21:00. Petrokub (Moldova) – APOEL (Kipr) (0:1)
21:00. Sparta (Praqa, Çexiya) – Şemrok Rovers (İrlandiya) (2:0)
22:00. TNS (Uels) – Ferentsvaroş (Macarıstan) (0:5)
22:30. Slovan (Bratislava, Slovakiya) – Çelye (Sloveniya) (1:1)
22:45. Klaksvik (Farer adaları) – Malmö (İsveç) (1:4)


