Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, cavab oyunları çərçivəsində beş matç baş tutacaq.
Bu turnirdə iştirak edən Azərbaycan klubları – “Zirə”, “Sumqayıt” və “Sabah” qarşıdakı günlərdə meydana çıxacaqlar. Komandalarımızı müvafiq olaraq “Dunayska Streda” (Slovakiya), “Fehervar” (Macarıstan) və “Makkabi” (Hayfa, İsrail) klubları ilə duel gözləyir.
Qeyd edək ki, Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin qalan cavab oyunları iyulun 31-də və avqustun 1-də baş tutacaq.
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
30 iyul
19:00. Drita (Kosovo) – Breydablik (İslandiya) (ilk oyun 2:1)
20:00. Flora (Estoniya) – Virtus (San Marino) (0:0)
20:00. Pünik (Ermənistan) – Struqa (Şimali Makedoniya) (1:2)
22:00. Hamrun Spartans (Malta) – Balkani (Kosovo) (0:0)
23:00. Deçiç (Monteneqro) – Dinamo (Batumi, Gürcüstan) (2:0)


