Çempionlar Liqasında 3-cü raundun ilk oyunları başa çatdı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

Praqa “Slaviya”sı Çexiyada Belçika “Yunion”u ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Bratislava “Slovan”ı Slovakiyada Cənubi Kipri təmsil edən APOEL ilə qarşılaşıb. Bu oyun da meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Polşa “Yagellonya”sı isə “Bodo Qlimt”i qəbul edib. Bu oyun Norveç təmsilçisinin çətin səfər qələbəsiylə yekunlaşıb.

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmaları avqustun 13-də baş tutacaq.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
6 avqust

“Qarabağ” (Azərbaycan) – “Ludoqorets” (Bolqarıstan) 1:2

“Malmö” (İsveç) – PAOK (Yunanıstan) 2:2

“Midtyulland” (Danimarka) – “Ferentsvaroş” (Macarıstan) 2:0

“Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” (Şotlandiya) 1:1

“Sparta” (Praqa, Çexiya) – “Styaua” (Rumıniya) 1:1

“Lill” (Fransa) – “Fənərbaxça” (Türkiyə) 2:1

“Zalsburq” (Avstriya) – “Tvente” (Niderland) 2:1

7 avqust

“Slaviya” (Praqa, Çexiya) – “Yunion” (Belçika) 3:1

“Slovan” (Slovakiya) – APOEL (Kipr) 2:0

“Yagellonya” (Polşa) – “Bodo Qlimt” (Norveç) 0:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: