Çempionlar Liqasında 3-cü raundun cavab matçları eyni gündə

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Arena.az xəbər verir ki, bu mərhələnin cavab qarşılaşmalarının hamısı eyni günə təsadüf edəcək.

Azərbaycan çempionu “Qarabağ” səfərdə Bolqarıstan nəhəngi “Ludoqorets”lə üz-üzə gələcək. Doğma meydanda uduzmuş Ağdam təmsilçisini səfərdə çətin tapşırıq gözləyir.

Türkiyənin “Fənərbaxça” klubu isə səfərdə oxşar hesabla uduzduğu Fransanın “Lill” komandasını bu dəfə doğma meydanda qəbul edəcək.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 20-21-də, cavab görüşləri ayın 27-28-də keçiriləcək.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları

13 avqust

21:00. APOEL (Kipr) – “Slovan” (Slovakiya) (0:2)
21:00. “Bodo Qlimt” (Norveç) – “Yagellonya” (Polşa) (1:0)
21:00. “Fənərbaxça” (Türkiyə) – “Lill” (Fransa) (1:2)
21:00. “Tvente” (Niderland) – “Zalsburq” (Avstriya) (1:2)
21:30. PAOK (Yunanıstan) – “Malmö” (İsveç) (2:2)
22:00. “Ferentsvaroş” (Macarıstan) – “Midtyulland” (Danimarka) (0:2)
22:00. “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” (Azərbaycan) (2:1)
22:30. “Styaua” (Rumıniya) – “Sparta” (Praqa, Çexiya) (1:1)
22:30. “Yunion” (Belçika) – “Slaviya” (Praqa, Çexiya) (1:3)
22:45. “Reyncers” (Şotlandiya) – “Dinamo” (Kiyev, Ukrayna) (1:1)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: