Çempionlar Liqasında pley-offun 7 cütü dəqiqləşdi

Futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsində üz-üzə gələcək cütlüklər dəqiqləşib.

Arena.az xəbər verir ki, bu, 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmalarının yekununda müəyyənləşib.

Azərbaycan çempionu “Qarabağ” pley-offda Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək. İlk oyun Zaqrebdə, ikinci oyun isə Bakıda təşkil olunacaq.

Türkiyə çempionu “Qalatasaray”ı pley-offda İsveçrənin “Yanq Boyz” komandası ilə görüşlər gözləyir. İlk oyun İsveçrədə, cavab görüşü Türkiyədə olacaq.

Qeyd edək ki, əsas mərhələyə Çempionlar yolundan 5, Liqa yolundan 2 vəsiqənin sahibi müəyyənləşəcək.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 20-21-də, cavab görüşləri ayın 27-28-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi

Çempionlar yolu

“Yanq Boyz” (İsveçrə) – “Qalatasaray” (Türkiyə)

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” (Azərbaycan)

“Midtyulland” (Danimarka) – “Slovan” (Slovakiya)

“Bodo Qlimt” (Norveç) – “Srvena Zvezda” (Serbiya)

“Malmö” (İsveç) – “Sparta” (Praqa, Çexiya)

Liqa yolu

“Lill” (Fransa) – “Slaviya” (Praqa, Çexiya)

“Dinamo” (Kiyev, Ukrayna) – “Zalsburq” (Avstriya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: