“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo İstanbul klubunun UEFA Çempionlar Liqasındakı uğursuzluğunu şərh edib.
Arena.az xatırladır ki, “Fənərbaxça” iki oyunun ümumi nəticəsinə (2:3 – səfərdə 1:2, evdə əlavə vaxtdan sonra 1:1) görə, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Lill”ə məğlub olaraq, mötəbər yarışda iştirakını başa vurub.
“Mən oyunçularımla fəxr edirəm. Komanda olaraq əlimizdən gələni etdik. Dünyanın ən böyük klublarına qarşı oynamaq imkanımızı itirdik, amma əsas amil odur ki, onsuz da heç vaxt Çempionlar Liqasını qazana bilməyəcəkdik.
Düzünü desəm, Çempionlar Liqasında iştiraka üstünlük verərdim, amma biz heç vaxt finala çıxmazdıq. Avropa Liqasında isə imkanımız olacaq. Rəqabət baxımından Avropa Liqası komandamız üçün daha maraqlı yarışdır”, deyə Mourinyo matçdan sonra jurnalisdlərə açıqlamasında bildirib.


