Modriç “Real” tarixinin ən zəngin futbolçusu oldu, Karvaxal isə…

UEFA Kuboku uğrunda “Atalanta”ya qarşı oyun (2:0) “Real”ın xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriç üçün əlamətdar olub.

Arena.az xatırladır ki, “Real”ın UEFA Super Kubokunun qalibi olması ilə təcrübəli futbolçu “kral klubu”nun tarixində qazandığı qənimətlərin sayına görə ən zəngin oyunçuya çevrilib.

İndi Modriçin qənimətlər muzeyində “Real”la qazandığı 27 kubok var.

Müvafiq göstəricidə 2-ci yerdə “Real”ın ispan müdafiəçisi Daniel Karvaxal və “qaymaqlılar”ın sabiq müdafiəçisi Naço Fernandes (hər biri – 26 qənimət) qərarlaşıblar. “Real”ın keçmiş futbolçuları – fransalı hücumu Kərim Benzema və braziliyalı müdafiəçi Marselo isə “qaymaqlılar”la hər biri 25 kubok qazanıblar.

Üstəlik, Luka Modriç və Daniel Karvaxal UEFA Super Kubokunun 6 finalında iştirak ediblər – 2014, 2016, 2017, 2018, 2022 və 2024-cü illərdə. Bu, öz növbəsində mütləq statistik rekorddur. Digər nailiyyət isə Modriç və Karvaxalın UEFA Super Kubokunu 5 dəfə qazanmasıdır ki, bu da öz növbəsində mütləq rekorddur. “Real” yalnız 2018-ci ildə büdrəyib, qalan finallarda qalib gəlmiş Modriç və Karvaxal bunun sayəsində mütləq rekord müəyyənləşdiriblər.

Vurğulayaq ki, Karvaxal həm də bu illərdə UEFA Super Kubokunun bütün 6 oyununda meydana başlanğıc heyətdə çıxmış yeganə oyunçudur.

Xəbəri sosial şəbəkələrdə paylaş: