“Real” İspaniya La Liqasının məğlubiyytsizlik rekordunu yenilədi

La Liqanın 1-ci turunda “Malyorka” ilə səfər oyununda heç-heçə (1:1) İspaniya nəhəngi “Real” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu oyunda məğlub olmamış “kral klubu” İspaniya La Liqasında özünə məxsus olan məğlubiyyətsizlik rekordunu yeniləmiş olub.

Hazırda İspaniya nəhənginin müvafiq məğlubiyətsizlik silsiləsi 33 oyuna bərabərdir – 24 qələbə və 9 heç-heçə.

“Real” La Liqa çərçivəsində növbəti oyununu avqustun 25-də Madriddə “Valyadolid”ə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: