Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutacaq.
Türkiyə çempionu “Qalatasaray” da qitənin ən nüfuzlu klub turnirində ilk matçına bu gün çıxacaq. İstanbul təmsilçisi səfərdə İsveçrənin “Yanq Boyz” komandası ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşləri isə avqustun 27-28-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
20 avqust
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” (Azərbaycan) 3:0
“Lill” (Fransa) – “Slaviya” (Praqa, Çexiya) 2:0
“Bodo Qlimt” (Norveç) – “Srvena Zvezda” (Serbiya) 2:1
21 avqust
23:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Zalsburq” (Avstriya)
23:00. “Malmö” (İsveç) – “Sparta” (Praqa, Çexiya)
23:00. “Midtyulland” (Danimarka) – “Slovan” (Slovakiya)
23:00. “Yanq Boyz” (İsveçrə) – “Qalatasaray” (Türkiyə)


