UEFA Çempionlar Liqasının yenilənmiş himnini təqdim etdi

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının oyunları öncəsi səsləndirilən himni fərqli səslənmədə təqdim edib.

Arena.az məlumat verir ki, Çempionlar Liqasının 2024/2025-ci illər seçmə mövsümünün ələmə mərhələsinin ötən ilk oyunlarında yarışın yenilənmiş himni səsləndirilib.

Notlar eyni olaraq qalıb, amma musiqi alətlərinin səslənməsi bir qədər fərqlidir.

Çempionlar Liqasının himni, Avropa Kuboku adlanan yarışın hazırkı UEFA Çempionlar Liqasına çevrildiyi 1992-ci ildə təqdim edilib. Himn alman və ingilis bəstəkar Georq Fridrix Hendelin “Ruhani Sadok” (“Zadok the Priest”) adlı əsərinin britaniyalı bəstəkar Toni Britten tərəfindən aranjiman edilmiş bir bəstəsidir.

Avropa futbolunun bu himni Britaniya kollektivləri – “Academy of St Martin in the Fields” xoru və Kral Filarmoniya Orkestri (Royal Philharmonic Orchestra) tərəfindən ifa edilir.

Çempionlar Liqasının himni UEFA-nın üç rəsmi dilində – fransızca, almanca və ingiliscə oxunur.

Çempionlar Liqasının yenilənmiş himnini təqdim edirik:

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: