Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinə yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu “Qarabağ” da Çempionlar Liqasında növbəti sınağına çıxacaq. Pley-offda Zaqreb “Dinamo”su ilə mübarizə aparan təmsilçimiz bu rəqibinə ilk oyunda 3 cavabsız qolla uduzub. Bu üzdən Ağdam klubu mərhələ adlamaq üçün fantastik bir matç keçirməlidir. Əks halda, “Qarabağ” yoluna ÇL-də yox, Avropa Liqasında davam etmək məcburiyyətində qalacaq.
Xatırladaq ki, daha öncə İsveçrənin “Yanq Boyz”, Avstriyanın “Zalsburq” və Çexiyanın “Sparta” (Praqa) komandaları adlarını Çempionlar Liqasının əsas mərhələsinə yazdırıblar.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
27 avqust
“Qalatasaray” (Türkiyə) – “Yanq Boyz” (İsveçrə) 0:1 (ilk oyun 2:3)
“Zalsburq” (Avstriya) – “Dinamo” (Kiyev, Ukrayna) 1:1 (2:0)
“Sparta” (Praqa, Çexiya) – “Malmö” (İsveç) 2:0 (2:0)
28 avqust
20:45. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Zaqreb, Xorvatiya) (0:3)
23:00. “Slaviya” (Praqa, Çexiya) – “Lill” (Fransa) (0:2)
23:00. “Srvena Zvezda” (Serbiya) – “Bodo Qlimt” (Norveç) (1:2)
23:00. “Slovan” (Slovakiya) – “Midtyulland” (Danimarka) (1:1)


