UEFA Çempionlar Liqasında pley-offa yekun vuruldu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ” da Çempionlar Liqasında növbəti sınağına çıxıb. Pley-offda Zaqreb “Dinamo”su ilə mübarizə aparan təmsilçimiz bu rəqibinə ilk oyunda 3 cavabsız qolla uduzmuşdu. Bu üzdən Ağdam klubu mərhələ adlamaq üçün evdə fantastik bir matç keçirməliydi. Əks halda, “Qarabağ” yoluna ÇL-də yox, Avropa Liqasında davam etmək məcburiyyətində qalacaqdı. Belə də olub. Təəssüf ki, evdə də 2 cavabsız qolla uduzan təmsilçimiz Çempionlar Liqasında mübarizəni dayandırıb.

Zaqreb “Dinamo”su ilə yanaşı, Serbiyanın “Partizan”, Slovakiyanın “Slovan” və Fransanın “Lill” komandaları da qitənin ən nüfuzlu klub turnirində əsas mərhələyə vəsiqə əldə ediblər.

Xatırladaq ki, daha öncə İsveçrənin “Yanq Boyz”, Avstriyanın “Zalsburq” və Çexiyanın “Sparta” (Praqa) komandaları adlarını UEFA Çempionlar Liqasında əsas mərhələyə yazdırmışdılar.

Çempionlar Liqasında əsas mərhələnin püşkatma mərasimi avqustun 29-da təşkil olunacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları

27 avqust

“Qalatasaray” (Türkiyə) – “Yanq Boyz” (İsveçrə) 0:1 (ilk oyun 2:3)

“Zalsburq” (Avstriya) – “Dinamo” (Kiyev, Ukrayna) 1:1 (2:0)

“Sparta” (Praqa, Çexiya) – “Malmö” (İsveç) 2:0 (2:0)

28 avqust

“Qarabağ” (Azərbaycan) – “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2 (0:3)

“Slaviya” (Praqa, Çexiya) – “Lill” (Fransa) 2:1 (0:2)

“Srvena Zvezda” (Serbiya) – “Bodo Qlimt” (Norveç) 2:0 (1:2)

“Slovan” (Slovakiya) – “Midtyulland” (Danimarka) 3:2 (1:1)

Xəbəri sosial şəbəkələrdə paylaş: