“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın yarış cədvəlində “qaymaqlılar”la “Barselona” arasındakı 4 xallıq fərqdən danışıb.
Arena.az “Marca” nəşrinə istinadən italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bunlar xırda xüsuslardır, bizə daha çox təsir edən o idi ki, ən yaxşı surətdə oynamadıq. Mövsüm çox uzundur, amma oyunları çox yaxşı keçirmədiyimiz üçün dörd xal geridəyik.
Belə bir vəziyyət bizə təzyiq edirmi? Qətiyyən yox, biz bu fəsadı yavaş-yavaş həll edəcəyik”, deyə Ançlotti vurğulayıb.
4 turdan sonra “Barselona” 12 xalla İspaniya La Liqasının yarış cədvəlinin vahid lideridir. “Rela” isə 3 oyundan 5 xalla 6-cı pillədə qərarlaşıb, “qaymaqlılar”ın 1 qələbəsi 2 heç-heçəsi var.


