Bu gün futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Difai” mövsümün ilk oyununda “Cəbrayıl”a, “İmişli” isə “Baku Sportinq”ə məğlub olub.
Xatırladaq ki, mövsümün ilk oyununda “Karvan” doğma meydanda “Qaradağ Lökbatan”ı tək qolla yenmişdi.
İlk turun qalan oyunları sentyabrın 13-də keçiriləcək.
Birinci Liqa
1-ci tur
11 sentyabr
“Karvan” – “Qaradağ Lökbatan” 1:0
Qol: Roman Hüseynov, 63.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 17:00.
12 sentyabr
“Difai” – “Cəbrayıl” 0:1
Qol: Əşrəf Zeynallı, 46.
Hakimlər: İslam Məmmədov, Mirnihat Seyidov, Orxan İbişov, Nazim Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“İmişli” – “Baku Sportinq” 1:2
Qollar: Seyxan Fərəcov, 12-pen – Elvin Valiyev, 33. Şahin Balejay, 39.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu, 18:00.
13 sentyabr
MOİK – “Mingəçevir”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Aydın Bəxşiyev, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
“Qəbələ” – “Zaqatala”
Hakimlər: Vüqar Həsənli, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Qəbələ şəhər stadionu, 17:00.


