Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci mövsümünün Liqa mərhələsinin 1-ci turuna start verilib.
Arena.az xəbər verir ki, bu mövsümdən yeni formatda keçirilən ÇL-in əsas mərhələsinin ilk turunun oyunları 3 gün davam edəcək.
Azarkeşlər ilk oyun günündə 6 qarşılaşmanın şahidi olublar. Maraqlı görüşlərdən biri İtaliyada reallaşıb. Milanın eyniadlı təmsilçisi doğma meydanda “Liverpul”la görüşüb. Dörd qolun qeydə alındığı oyunda qələbəni qonaqlar qələbə bayram ediblər.
İtaliyanın digər təmsilçisi “Yuventus” doğma meydanda PSV üzərində inamlı qələbəyə sevinib.
İspaniya nəhəngi, ÇL-in sonuncu qalibi “Real” Almaniyanın “Ştutqart” komandasını qəbul edib. Dörd qolluq qarşılaşma Madrid təmsilçisinin qələbəsiylə yekunlaşıb.
Almaniyanın digər təmsilçisi “Bayern” isə evdə Zaqreb “Dinamo”su ilə oynayıb. Bol qollu bu matçda Münhen nəhəngi rəqibini biabırçı hesabla üstələyib.
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun digər görüşləri sentyabrın 18-də və 19-da keçiriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
17 sentyabr
“Yuventus” (İtaliya) – PSV (Niderland) 3:1
Qollar: K.Yıldız, 21. Makkenni, 27. N.Qonsales, 52 – Saibari, 90+3.
“Yanq Boyz” (İsveçrə) – “Aston Villa” (İngiltərə) 0:3
Qollar: Tilemans, 27. Remsi, 38. Onana, 86.
“Bayern” (Almaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 9:2
Qollar: H.Keyn, 19-pen; 57; 73-pen; 78-pen. Gerrero, 33. Olise, 38; 61. Sane, 85. Qoretska, 90+2 – Petkoviç, 49. Oqivara, 50.
“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) 1:3
Qollar: Pulişiç, 3 – Konate, 23. Van Deyk, 41. Soboslai, 67.
“Real” (Madrid, İspaniya) – “Ştutqart” (Almaniya) 3:1
Qollar: Mbappe, 46. Rüdiger, 83. Endrik, 90+6 – Undav, 68.
“Sportinq” (Portuqaliya) – “Lill” (Fransa) 2:0
Qollar: Qyokereş, 38. Debast, 65.


