Futbol üzrə İspaniya La Liqasının 7-ci turunun “Alaves”ə qarşı ev oyunu “Real”ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Madrid təmsilçisi bu oyundan 3:2 hesablı qələbə ilə ayrılıb.
Nəticədə italyan mütəxəssis İspaniya La Liqasında bütün zamanların məğlubedilməz məşqçilik rekorduna imza atıb.
Beləliklə, Karlo Ançelotti ardıcıl 39 oyunda məğlubiyyət tanımır. Bundan əvvəl, rekord “Real Sosyedad”ın ispan keçmiş baş məşqçisi Alberto Ormaeçeaya məxsus idi. Ormaeçeanın rəhbərliyi altında bask klubu 1979-1980-ci illər aralığında ardıcıl 38 oyunda məğlub olmayıb.
Əlavə ki, “Real”ın müvafiq silsiləsi İspaniya La Liqası tarixində ikinci ən uzun silsilədir. “Barselona” 2017-2018-ci illər aralığında 43 oyunda məğlub olmadan mütləq rekord müəyyənləşdirib, amma bu müddət ərzində “blauqrana” ilə ispan mütəxəssislər – Luis Enrike və Ernesto Valverde çalışıblar.
7 turdan sonra “Real” İspaniya La Liqasının yarış cədvəlində 17 xalla 2-ci pillədə qərarlaşıb. La Liqanın zirvəsində 6 oyundan 18 xal toplamış “Barselona” dayanıb.
Karlo Ançelotti məşqçiliyə 1992/1993-cü illər mövsümündə, İtaliya yığmasında baş məqşçinin köməkçisi olaraq başlayıb. 1995/1996-cı ilər mövsümündən isə italyan mütəxəssis müstəqil surətdə məşqçiliyə baş vurub.
Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.
Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.


