Məşhur ispan tennisçi Rafael Nadal peşəkar karyerasını bitirdikdən sonra İspaniya nəhəngi “Real”ın prezidenti olmaq istədiyini bildirib.
Arena.az “beIN Sports” dərgisinə istinadən, Nadalın bu barədə fikrini təqdim edir:
“Bəli, mən “Real”ın prezidenti olmaq istərdim. Ancaq hazırda mümkün olan ən yaxşı prezidentimiz var”, deyə Nadal vurğulayıb.
Xatırladaq ki, Rafael Nadal 92 ATP (Tennisçi-peşəkarlar Assosiasiyası) qənimətinin sahibidir. O, həm də 11 dəfə ATP cütlük yarışının qalibi olub. Nadal 209 həftəni dünyanın bir nömrəli tennisçisi kimi zirvədə keçirib.
Oktyabrın 10-da 38 yaşlı ispan tennisçi peşəkar karyerasını, noyabrın 19-dan 24-dək İspaniyanın Malaqa şəhərində keçiriləcək 2024-cü il Devis Kubokunun finalından sonra bitirəcəyini açıqlayıb.


