PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda PSV ilə ev oyununu (1:1) şərh edib.
Arena.az “RMC Sport” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Əminəm ki, Çempionlar Liqasında ən çox fürsət yaradan komanda bizik. Şübhə etmirəm ki, komanda düzgün istiqamətdə hərəkət edir və bu, mənim görmək istədiyim futbol növüdür. Bizim komandamız xüsusilə müdafiədə kifayət qədər inamlı görünürdü, amma futbol – futboldur. Bu, sərt püşklə çətin bir yarışdır. Əlbəttə, mövcud vəziyyət məni qayğılandırır. Mən oyunu necə inkişaf etdirə biləcəyimizi düşünürəm, amma oyunçularımın zehniyyətindən razıyam”, deyə Luis Enrike vurğulayıb.
3 turdan sonra PSJ 4 xal toplayıb. PSV-nin isə 2 xalı var. Komandalar ümumi mərhələnin yarış cədvəlində müvafiq olaraq 17-ci və 27-ci yerlərdə müvəqqəti qərarlaşıblar. Digər oyunlardan sonra turun başa çatması ilə komandaların yarış cədvəlində daha aşağı yerlərə düşəcəyi aydındır.


