Arne Slot və Van Deyk “Leypsiq” üzərində qələbəni şərh etdilər

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Leypsiq”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, İngiltərə klubu ötən gecə Almaniyada baş tutan səfər oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Arne Slot matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Biz oyuna çox yaxşı başlamadıq, amma bundan sonra gördüyüm hər xüsus xoşuma gəldi. Biz meydanın mərkəzində rəqibdən güclü idik. “Leypsiq” futbolçularının təzyiqinin öhdəsindən gəldik, fürsətlər yaratdıq və s. Bunun nəticəsi vurulmuş qol oldu. Təəssüf ki, yalnız bir qol, çünki oyunun sonlarına yaxın fasadlar yaşamağa başladıq. Baxmayaraq ki, 70-ci dəqiqədə hər şey həll edilməli idi. Amma müvafiq səviyyə üçün bu, adi bir haldır”, deyə niderlandlı mütəxəssis açıqlayıb.

“Liverpul”un müdafiəçisi Vircil van Deyk də “qırmızılar”ın “Leypsiq” üzərindəki qələbəsini şərh edib. Niderlandlı futbolçunun bu barədə fikrini təqdim edirik:

“Biz topa sahibolmada səliqəsiz idik. Ancaq onlar açıq məkanda topu itirməyimizi istəyirdilər və bir neçə fürsət yarada bildilər. Bunun təqsiri qismən bizim özümüzdə idi”, deyə Van Deyk vurğulayıb.

3 turdan sonra 9 xal toplamış “Liverpul” yarış cədvəlinin 2-ci pilləsində yer alıb. Xalsız “Leypsiq” isə 31-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: