UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun nəticələrinə əsasən, həftənin ən yaxşı oyunçusu mükafatına namizədlər açıqlanıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir ki, mükafata 4 futbolçunun namizədliyi təqdim edilib:
“Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior, “Monako”nun yapon yarımmüdafiəçisi Takumi Minamino, “Barselona”nın braziliyalı cinah hücumçusu Rafinya və “Milan”ın niderlandlı yarımmüdafiəçisi Ticani Reynders.
Xatırladaq ki, Vinisius Dortmund “Borussiya”sı ilə oyunda (5:2) het-triklə fərlənib.
Minamino “Srvena Zvezda” ilə oyunda (5:1) dubla imza atıb və məhsuldar ötürmə verib.
Rafinya “Bayern”lə oyunda (4:1) Almaniya nəhənginin qapısından 3 qol keçirib.
Reynders isə “Brügge” ilə oyunda (3:1) dübarə fərqlənib.
Qalib qitənin ali futbol qurumunun rəsmi saytında azarkeşlər arasında aparılan sorğunun nəticələrinə əsasən müəyyənləşəcək.


