Birinci Liqa: “Karvan”dan ardıcıl 6-cı qələbə!

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 6-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyununda “Cəbrayıl” Bayılda “Mingəçevir”lə üz-üzə gəlib və 3 cavabsız qola sevinib.

İtkisiz irəliləyən “Karvan” isə bu dəfə MOİK-lə səfər oyunundan qələbə ilə ayrılıb.

Turun qalan oyunları oktyabrın 25-də və 26-da keçiriləcək.

Birinci Liqa
6-cı tur
24 oktyabr

“Cəbrayıl” – “Mingəçevir” 3:0
Qollar: Xəyal Xudaverdiyev, 45+1-öz qapısına. Okan Təhməzli, 59. Taleh Qarayev, 90+3.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Rəhman Aslanov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bayıl Arena”, 13:30.

MOİK – “Karvan” 2:3
Qollar: Bəhruz Teymurov, 24; 64. Emil Qasımov, 90+1 – Nurlan Bayramov, 83. İbrahim Əliyev, 87-pen.
Hakimlər: Rauf Cabbarov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

25 oktyabr

“Qaradağ Lökbatan” – “Baku Sportinq”
Hakimlər: Əli Əliyev, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Rəsul Babayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Difai” – “Zaqatala”
Hakimlər: Rəvan Həmzəzadə, Asiman Əzizli, Samir Qaracayev, Nazim Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

26 oktyabr

“Qəbələ” – “İmişli”
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Elmin Süleymanov, Səbuhi Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu, 15:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: