Könül Mehdiyeva “Roma” – “Olimpik” matçına təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Arena.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununda iştirak edəcək.

Belə ki, Könül Mehdiyeva ÇL-in qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Roma” (İtaliya) – “Olimpik” (Lion, Fransa) oyununun UEFA nümayəndəsi olacaq.

A qrupunun qarşılaşması noyabrın 13-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: