Yozef Blatter FIFA haqqında: “Mən bədheybət yaratmışam”

FIFA-nın isveçrəli sabiq prezidenti Yozef Blatter dünya futbol təşkilatının işi və fəaliyyəti ilə bağlı fikirlərini paylaşıb.

Arena.az “Watson” dərgisinə istinadən, Blatterin bu barədə fikrini təqdim edir:

“Mən bir bədheybət yaratmışam. 1975-ci ildə orada inkişaf proqramlarının direktoru kimi fəliyyətinə başlayanda FIFA kasıb idi. “adidas” kimi sponsorlar heç nə ödəmirdilər – sadəcə toplar və köynəklər verirdilər. İlk pul sponsorluğu 1976-cı ildə “Coca-Cola” ilə olub. Sonra ictimai televiziya vardı, birdən-birə reklama icazə verdi. Futbol televiziya üçün superməhsula, çox pula satıla bilən supertamaşaya çevrildi”, deyə Blatter vurğulayıb.

Xatırladaq ki, 88 yaşlı Yozef Blatter 1998-ci ilin iyunundan 2015-ci ilin oktyabrınadək FIFA-ya rəhbərlik edib. Blatter 2015-ci ilin dekabrında rəsmi korrupsiya qalmaqallarına görə FIFA Etika Komitəsi tərəfindən 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıb. 2016-cı ilin fevralında FIFA-nın apellyasiya komitəsi qadağanı 6 ilə qədər azaldıb. 2021-ci ilin martında təşkilatın rəsmi saytında Blatterin, ədəb nizamnaməsinin müxtəlif maddələrini pozumasına görə 6 il 8 ay müddətinə diskvalifikasiya edildiyi elan edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: