17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2023) seçmə mərhələsi üçün yekun heyətini açıqlayıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Baş məşqçi Nərgiz Qurbanova qarşıdakı seçmə mərhələ oyunları üçün 20 futbolçuya dəvət göndərib. Komandamız qarşıdakı seçmə mərhələyə hazırlıq məqsədi ilə martın 15-dən 18-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Millinin heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Mehriban Şahməmmədova – Mingəçevir
- Güləsər İsmayılova – Fidan
- Firuzə Bayramova – Dinamo (Balakən)
- Aydan Həsənova – Neftçi
- Şəkər Piriyeva – Gömrükçü
- Lalə Abbaszadə – Neftçi
- Səma Həsənli – Qəbələ
- Aysu Murtuzayeva – Neftçi
- Fatimə Əhmədova – Neftçi
- Fatimə Məhərrəmli – Gömrükçü
- Pərişan Abdullayeva – Xırdalan Siti
- Məsumə Nəzərli – Neftçi
- Röya Əilyeva – Neftçi
- Vahidə Əlipaşayeva – İnter (Xaçmaz)
- Ləman Əliyeva – UGİM Naftalan
- Aydan Əkbərova – İnter (Xaçmaz)
- Ülviyyə İslamova – İnter (Xaçmaz)
- Xanım Əsədova – 8-RİOEUGİM
- Ayşən Salamzadə – Neftçi
- Bədriyyə Mövludova – İnter (Xaçmaz)
Xatırladaq ki, Azərbaycan millisi AÇ-2023-ün seçmə mərhələsində B Liqasının 2-ci qrupunda mübarizə aparacaq. Yığmamız Bosniya və Herseqovina, Qazaxıstan və Yunanıstanla qarşılaşacaq. Seçmə mərhələ oyunları 22, 25 və 28 martda Bosniya və Herseqovinada keçiriləcək.
Sonda yığmamızın oyunlarının təqvimini də təqdim edirik:
Azərbaycan – Qazaxıstan
Baş hakim: Viki De Kremer (Belçika).
Baş hakimin köməkçiləri: Marqot Yakobs (Belçika), Merima Tanoviç (Bosniya və Herseqovina).
Dördüncü hakim: Almasa Hodzic (Bosniya və Herseqovina)
22 mart. Saat 17:00. Novi Qradski stadionu (Uqljevik).
Bosniya və Herseqovina – Azərbaycan
Baş hakim: Ana Mariya Aleksandra Terteleak (Rumıniya).
Baş hakimin köməkçiləri: Aleksandra Apostu (Rumıniya), Ana Çiobotaru (Moldova).
Dördüncü hakim: Elena Qobyila (Moldova).
25 mart. Saat 17:00. Etno Selo Stanişiçi stadionu (Biyelina).
Monteneqro – Azərbaycan
Baş hakim: Elena Qobyila (Moldova).
Baş hakimin köməkçiləri: Ana Çiobotaru (Moldova), Merima Tanoviç (Bosniya və Herseqovina).
Dördüncü hakim: Almasa Hodziç (Bosniya və Herseqovina).
28 mart. Saat 16:00. Etno Selo Stanişiçi stadionu (Biyelina).
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.


