Belçika və Slovakiya yığmaları Almaniyada təşkil olunmuş futbol üzrə sayca 17-ci Avropa çempionatında (AÇ-2024) ilk oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.
4-cü oyun gününün ikinci görüşü E qrupu çərçivəsində Belçika və Slovakiya yığmaları arasında baş tutub. Qarşılaşma belçikalıların gözlənilməz məğlubiyyəti ilə yekunlaşıb.
Xatırladaq ki, bu qrupun bu gün baş tutan ilk oyununda Ukrayna yığması Rumıniyaya 0:3 hesabıyla uduzmuşdu.
Günün sonuncu oyunu isə Avstriya və Fransa yığmaları arasında baş tutacaq. Düsseldorfda keçiriləcək görüşün start fiti saat 23:00-da səslənəcək. Bu qrupun ötən gün baş tutmuş ilk oyununda Niderland yığması Polşaya 2:1 hesabıyla qalib gəlib.
AÇ-2024
E qrupu
17 iyun
Belçika – Slovakiya 0:1
Qol: İvan Ştrants, 7.
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Frankfurt. “Valdstadion”.


