AÇ-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya yığmaları ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
Arena.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Canni de Byazi milliyə 26 futbolçu dəvət edib.
Qeyd edək ki, yığmamız AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Estoniya millisi, 16-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya seçməsi ilə qarşılaşacaq.
Canni De Byazinin Azərbaycan millisinin heyətinə çağırdığı oyunçuların siyahısı belədir:
Qapıçılar:
Şahrudin Məhəmmədəliyev – Adana Dəmirspor (Türkiyə)
Səlahət Ağayev – Səbail
Rəşad Əzizli – Qəbələ
Müdafiəçilər:
Toral Bayramov – Qarabağ
Yusif Nəbiyev – SəbailQismət Alıyev – Zirə
Cəlal Hüseynov – Arda (Bolqarıstan)
Rahil Məmmədov – Qarabağ
Höccət Haqqverdi – Neftçi
Anton Krivotsyuk – Daejeon (Cənubi Koreya)
Bəxtiyar Həsənalızadə – Tuzlaspor (Türkiyə)
Elvin Cəfərquliyev – Qarabağ
Yarımmüdafiəçilər:
Eddi İsrafilov – Neftçi
Elvin Camalov – Sabah
Coşqun Diniyev – Ümraniyəspor (Türkiyə)
Emil Səfərov – Qəbələ
Emin Mahmudov – Neftçi
Filip Ozobiç – Neftçi
Aleksey İsayev – Sabah
Ozan Can Kökçü – Eyndhoven (Niderland)
Hücumçular:
Mahir Emreli – Dinamo (Zaqreb, Xorvatiya)
Musa Qurbanlı – Yurqorden (İsveç)
Nəriman Axundzadə – Qarabağ
Ramil Şeydayev – Buriram Yunayted (Tailand)
Rüstəm Əhmədzadə – Zirə
Renat Dadaşov – Hatayspor (Türkiyə)


