19 yaşadək futbolçulardan ibarət (U-19) Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki sonuncu – üçüncü oyununda Lüksemburqla üz-üzə gələcək.
Hansı ki, yığmamızın yer aldığı 11-ci qrupun oyunlarına məhz sözügedən ölkə ev sahibliyi edir. Millimizin meydan sahibləri ilə qarşılaşmasına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Qrupun digər oyununda Niderland Bosniya və Herseqovinanı sınağa çəkəcək. Bu görüş də eyni saatda başlayacaq.
U-19 yığmamız qələbə qazanacağı təqdirdə, elit-raunda vəsiqə qazana bilər. Bunun üçün Bosniya və Herseqovinanın məğlub olması da lazımdır. Bosniyalıların millimizlə xalları bərabər olacağı təqdirdə, ilk olaraq top fərqinə, daha sonra isə vurulan toplara baxılacaq.
Xatırladaq ki, daha öncə Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən Azərbaycan millisi Niderlanda 1:2 hesabı ilə uduzub.
AÇ-2024-ün seçmə mərhələsi
11-ci qrup
18 noyabr
Lüksemburq – Azərbaycan
Baş hakim: Yoonas Yaanovits (Estoniya).
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Denis Emelyanchikov (Belarus).
Dördüncü hakim: Dmitri Dmitriyev (Belarus).
Terrain Poetz stadionu. Saat 21:00.
Xal: Niderland – 6. Bosniya və Herseqovina – 4. Azərbaycan – 1. Lüksemburq – 0.


