AÇ-2025: Azərbaycan millisi Polşaya qarşı

Qadınlardan ibarət basketbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində növbəti sınağına çıxacaq.

Arena.az xəbər verir ki, yığmamız qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə Polşa yığması ilə üz-üzə gələcək.

C qrupunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə 23:30-da start veriləcək. Görüşü Coş Boue (Böyük Britaniya), Kristina Simanoviç (Latviya) və Mariya Siriç (Serbiya) idarə edəcəklər.

Xatırladaq ki, Evren Alkayanın baş məşqçisi olduğu Azərbaycan millisi ilk oyunda Litvaya 63:99 hesabı ilə uduzub. Komandamız ikinci matçda Belçikaya da yenilib – 28:136.

Qeyd edək ki, C qrupunun digər matçında Belçika Litva ilə üz-üzə gələcək.

AÇ-2025, seçmə mərhələ
C qrupu, 3-cü tur
7 noyabr

23:30. Polşa – Azərbaycan
Hakimlər: Coş Bov (Cəbəllütariq), Kristin Simanovika (Latviya), Mariya Çiriç (Serbiya)
Sosnovyek, “Arkelor Mittal Park”.

Xəbəri istədiklərinizlə paylaşın