“Səbail” müdafiəçisi Adil Nağıyev ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2 illik yeni sözləşmə imzalayıblar. Əvvəlki müqavilənin müddəti bu yaya qədər idi.
Azərbaycan millisinin də üzvü olan Adil Nağıyev 2019-cu ildən “Səbail”in uğurları üçün çalışır. 26 yaşlı futbolçu daha öncə “Zirə” və “Sumqayıt”da da çıxış edib.


