AFFA ən sərt cəzanı “Sabah” və “Səbail” klublarına verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 6-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə Tovuz klubu 800 manat cərimə olunub. “Kəpəz”in “Xəmsə” fan klubunun azarkeşləri tərəfindən 110 ədəd oturacağın sındırılması ilə bağlı dəymiş zərər “Kəpəz” klubu tərəfindən ödəniləcək. “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Neftçi” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub.

“Səbail” – “Zirə” oyununun 79-cu və 90+1-ci dəqiqəsində “Səbail”in azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik, təhqiramiz ifadələr işlədildiyi üçün “Səbail” klubu 4000 manat cərimə olunub. Birinci hissədə AFFA nümayəndələri üçün şəraət yaradılmadığına görə “Səbail” klubu 800 manat cərimə olunub. “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub. “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub. “Səbail”in futbolçusu Tural Bayramlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Qarabağ” – “Sabah” oyununda “Sabah”ın baş məşqçisi Murad Musayev texniki zonanı tərk edərək yan xətt hakiminə etiraz etdiyi üçün qırmızı vərəqə alıb. O, buna görə 1 oyun cəzalandırılıb və klubu 800 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri meydançaya daxil olduğuna görə Ağdam klubu 1600 manat cərimə olunub. “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub. “Sabah”ın futbolçusu Abdulaye Ba ikinci sarı vərəqə alaraq maydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat məbləğində cərimə olunub.

Birinci Divizion klublarının da cəzaları açıqlandı

AFFA İntizam Komitəsi Birinci Divizionun 4-cü turunun oyunları ilə də bağlı cəzaları açıqlayıb:

“İmişli” – “Mingəçevir” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub. “İmişli”nin futbolçusu Həmzə Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Zirə-2” – “Turan Tovuz-2” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub.

“Zaqatala” – “Səbail” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: